“Dörd il təhsil alıb, amma başı boşdur” – Eldardan qalmaqallı sözlər   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Dörd il təhsil alıb, amma başı boşdur” – Eldardan qalmaqallı sözlər + Video

Şou

04 May 2020 13:18 1136


“Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımov maraqlı açıqlamaları ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, “3 unitalk” Youtube layihəsinin qonağı olan ifaçı bu gün sənətin pula satıldığını bildirib: “Əksər hallarda incəsənət pula satılır. Məsələ toya getməklə bağlı deyil, mən də toylara gedirəm. İncəsənət pul deyil, o beyin, ürəklə bağlıdır. Amerika ukduzları da kooperativlərdən daha çox qazanırlar nəinki konsertlərdən”. 

E.Qasımov aparıcılıq etməsi barədə də açıqlama verib. O, aparıcılığı ilə peşəkar jurnalistlərin haqqına girdiyini düşünmədiyini deyib: “Kiminsə haqqına girdiyimi düşünmürəm, elə adamlar var ki, dörd il təhsil alıblar, amma başı boşlardır. AzTV telekanalı kifayət qədər yeni simalarla çalışır, tez-tez kastinqlər keçirir. Bilirsiniz indi dünya kommersiya üzərində qurulub, daha çox tanınmış simalarla işləyirlər”.  pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!