Dumanlı hava şəraitinin səbəbi məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Dumanlı hava şəraitinin səbəbi məlum oldu

Sosial

11 Mart 2025 16:51 238


Son günlər ölkə ərazisində müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumt yayıb.

"İnversiya dumanının yaranması əsasən temperaturun paylanmasından asılı olur. Belə ki, normal atmosfer şəraitində daha yuxarı təbəqələrə qalxdıqca havanın temperaturu aşağı enir. İnversiya adlanan şəraitdə bu qayda pozulur və yuxarı qalxdıqca temperatur artır. Nəticədə az hərəkətli hava kütlələri daxilində dumanın yaranması üçün əlverişli şərait olur", - açıqlamada qeyd olunub. Marqarita pizza

Dumanlı hava şəraiti əsasən səhər və axşam saatlarında müşahidə olunur. Gündüz yerüstü temperaturun yüksəlməsi dumanın bir qədər seyrəlməsinə səbəb olur. Bir neçə gün üstünlük təşkil edən zəif cənub-şərq hava axınları dumanın davamiyyətli olmasına şərait yaradır.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!