Dünya ulduzu Murad Arifi təkrarladı – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Dünya ulduzu Murad Arifi təkrarladı – Fotolar

Şou

19 Avqust 2019 12:55 1347


Müğənni Murad Arif dünya ulduzu Keti Perrinin onu təkrar etdiyini bildirib. 

“Yeni Sabah” xəbər verir ki, K.Perri M.Arifin “Mənə sən lazımsan” adlı mahnısının "kover" şəklindən istifadə edib.

“Bu mövzunu jurnalistlərin ixtiyarına buraxıram", deyən M.Arif sözlərinə belə davam edib: pizza hut

"Murad Arifin "Mənə sən lazımsan" sinqlı 2019-cu ilin may ayında, “Apple music”, “İtunes” daxil olmaqla bütün digital platformalarda satışa buraxıldı. Xatırladım ki, fotonun dizayneri ABŞ-da dizayn və tərtibat sahəsində çalışan həmyerlimiz Ələkbər Nağıyev olub. Üstündən 3 ay keçəndən sonra, avqust ayında Keti Perri "Small talk" sinqlını buraxır. Sizə isə bu iki sinqlın kover-şəklini müqayisə etmək qalır”.

M.Arif sonda “Keti Perridən sonra etsəydim, xatırladanlar çox olardı...” deyə vurğulayıb.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!