Dünyanın ən gənc milyarderi…

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən gənc milyarderi…

Dünya

06 Mart 2019 01:57 1070


Şəxsi kosmetika brendinin təsisçisi Kayli Cenner dünyanın ən gənc milyarderi olub. Bu barədə Forbes yazır.

“Mən bunu gözləmirdim. Lakin, bu gözəl hissdir, gözəl nəticədir”, - 21 yaşlı K.Cenner deyib. O həmçinin etiraf edib ki, öz sərvətinə görə sosial şəbəkələrə borcludur: biznesə başlamazdan əvvəl Kaylinin çoxlu izləyicisi var idi.

Kayli Cenner şəxsi kosmetika brendi “Kylie Cosmetics”i 2016-cı ildə təsis edib və indiyə qədər bir milyard dollar qazanıb. Dominos pizza

Bununla da, o, ilk milyardını 23 yaşında qazanan “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberqi qabaqlayıb.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!