DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP yük avtomobillərinin sürücülərinə xəbərdarlıq etdi

Avto

10 Noyabr 2023 10:47 7175


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədər yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına istisnasız riayət etməyi xahiş edir.

Bu barədə “Yeni Sabah”a DYP-dən məlumat verilib.

Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri xüsusilə diqqətli olmalı, küləkli hava şəraitində böyük ölçülü nəqliyyat vasitələri ilə hərəkətin daha da çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!