“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayacaq

Din

09 Mart 2019 17:15 1794


"Əbu Bəkir" məscidi təhlükəsizlik tam təmin edildikdən sonra fəaliyyətə başlayacaq. 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

Komitə rəsmisi deyib ki, məscidin minarəsi qəzalı vəziyyətdədir: "Hazırda aidiyyatı qurumlar tərəfindən minarənin özülünün qiymətləndirilmə prosesi gedir. Əgər onu bərpa etmək, möhkəmləndirmək mümkün olarsa, tikinti işləri həyata keçiriləcək. Mümkün olmasa, minarə söküləcək. Məscidin fəaliyyətinin dayandırılması hələlik oradakı tikinti işləri ilə bağlıdır. Minarə sökülsə belə, təhlükəsizlik təmin edildikdən sonra məscid fəaliyyət göstərəcək".  Pepperoni pizza

Qeyd edək ki, 2008-ci ilin 17 avqust tarixində "Əbu Bəkr" məscidinə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər həlak olmuş, 18 nəfər yaralanmışdı. 

Azvision.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!