“Əbülfəs Qarayevə rəhmət oxutdurmasalar, adımı dəyişəcəm” 
18 Sen 2020 14:37
1799

“Əbülfəs Qarayevə rəhmət oxutdurmasalar, adımı dəyişəcəm” 

“Yeni komanda ilə formalaşan Mədəniyyət Nazirliyi iki gündür fəxri adlarla əlləşir. Xüsusi komissiya olacaq, şəffaflıq olacaq. Olmasın, qardaş! Məhz gic-gic adamlara verin ki, gözdən düşsün və sıradan çıxsın. Mədəniyyətimizin ən vacib problemi fəxri adların obyektiv verilməsi deyil axı”.

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Şərif Ağayar deyib. O, bildirib ki, bu sahədə islahata ehtiyac var:

“Bəlkə, bizə həqiqi fəxarət gətirəcək işlərin həyata keçməsi üçün islahatlar aparaq, müstəqil kino və teatr sektorunun inkişafına kömək edək, iflic vəziyyətdə olan nəşriyyat və kitab industriyasını ölməyə qoymayaq, gənc sənət adamlarının xaricdə təhsilinə diqqət edək və siar və sair.

Mədəniyyətimizi həqiqi sevən adamlar üçün fəxri adların verilməsi heç 40-cı problem də deyil.

Ada-şöhrətə görə "Domsovet"in koridorlarında sülənən sənət adamlarına fəxri ad yox, töhmət vermək lazımdır.

Əbülfəs Qarayevə rəhmət oxutdurmasalar, adımı dəyişəcəm”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər