“Əgər müharibədə uğur qazansaq…” – Paşinyanın son ümidi

saytların hazırlanması

Evə çatdırılma

“Əgər müharibədə uğur qazansaq…” – Paşinyanın son ümidi

Siyasət

19 Oktyabr 2020 17:10 4510


Rəsmi İrəvanın Qarabağdakı hərbi “uğruları” barədə yalanları tükənib. 

Yenisabah.az xəbər verir ki, artıq Ermənistan rəsmiləri hərbi üstünlükləri, Azərbaycan Ordusunu “darmadağın etmələri” barədə açıqlamalar vermir. Artıq Baş nazir Paşinyan da “uğurlar”dan danışmağa həvəsli görünmür. Əksinə, Azərbaycan Ordusunun irəlilədiyini etiraf edir.

İndi erməni təbliğat maşını xarici ölkələrdə yaşayan erməniləri hərəkətə gətirib. Daha doğrusu, onların adı ətrafında piar qurur. Ermənistanın rəsmi qurumları, həmçinin KİV-ləri xaricdə yaşayan ermənilərin Qarabağda könüllü olaraq vuruşmaq istədikləri barədə materiallar tirajlayır. Məsələn, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan sosial şəbəkədə “Düşmən 10 milyon erməniyə qarşı savaşdığını bilməlidir” qeydi ilə hava limanından hazırlanan material paylaşıb. Həmin videomaterialda guya xarici ölkələrdə yaşayan ermənilərin Qarabağda vuruşmaq üçün Ermənistana gəldiklərindən bəhs edilir. Dördpendirli pizza

Bu tip materiallar artıq parçalanmış halda olan Ermənistan cəmiyyətində ruh yüksəkliyini artırmaq məqsədi daşıyır.

Nikol Paşinyanın bu gün “Facebook” səhifəsində yazdıqlarından aydın görünür ki, Ermənistanda vəziyyət kifayət qədər kritikdir. Baş nazir  bildirib ki, müharibə Dağlıq Qarabağın statusu üçündür.  “Müharibə Qarabağın statusunu həll edə bilərmi? Bəli, amma əgər müharibədə uğur qazansaq”, - deyə o əlavə edib.

Əvvəla, Paşinyan etiraf edir ki, müharibəni Ermənistan başlayıb. Hər halda müharibə Dağlıq Qarabağın statusu üçündürsə, bu, Bakıya yox, İrəvana lazımdır.

İkincisi, baş nazir müharibədə uğur qazanacaqları təqdirdə status məsələsinin həll olunacağını deyir. Deməli, sentyabrın 27-dən bu yana Ermənistan hərbi müstəvidə Azərbaycanı status məsələsində güzəştə vadar edə biləcək hər hansı uğuru yoxdur, yaxud da ümumiyyətlə uğuru yoxdur. Azərbaycan Ordusunun işğal olumuş əraziləri ard-arda azad etməsi də Ermənistanın “hərbi uğurlar” barədə susmağa məcbur edir.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!