Ekspert direktorla valideyn mübahisəsindən danışdı: “Biabırçılıqdır”

Ekspert direktorla valideyn mübahisəsindən danışdı: “Biabırçılıqdır”

Sosial Veb saytların hazırlanması

11 Fevral 2019 18:57 694


“Orta məktəb direktoru ilə valideynin saçyoldu videosunu izlədim. Həqiqətən də çox biabırçılıqdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Gəncədəki 10 nömrəli məktəbin direktoru Arzu Əliyevanın valdieynlə əlbəyaxa çıxması videosunu şərh edərkən deyib:

“Belə məktəb direktoru az deyil. Valideynlər, vətəndaşlar ilə düzgün münasibət qura bilməyən nə qədər savadsız müəllim, direktor var.  Əslində olimpiada komitəsi, güləş yığması, karate federasiyası yığma komandanın üzvlüyünə direktorlar arasından seçim edə bilər. 

O nə səs idi? Heç Roma opera və balet teatrında belə səs yox idi. Həqiqətən də məktəblərimizdə istedadlar yatır. Mən son həftədə düzdür, 3-4-ünü cəzalandırmışam. Olsun, yenə də var.  Gör vəziyyət nə qədər biabırçı səviyyədədir ki, məktəb direktoru saçyolduya çıxıb.  Deyəsən, çoxu məktəbi və məktəbdə olduğunu unudub”.

Qeyd edək ki, iki gün öncə sosial şəbəkələrdə yayılan videoda əslən Samux rayonundan olan direktor Arzu Əliyevanın valideynlə əlbəyaxaya çıxdığı bildirilirdi. Həmçinin qeyd edilirdi ki, sözgedən direktor mütəmadi olaraq valideynlərlə və pedaqoji heyətlə bu kimi problemlər yaşayır.  A.Əliyeva  Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!