Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdiyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial mediada məlumat yayıb. Bildirib ki, səhhətində yaranmış problemlə əlaqədar media sahəsindən uzaqlaşmaq qərarı verib: "Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm".
E.Əlibəyli "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişinin aparıcısı idi. Toyuqlu pizza
Telegram kanalımız