Aparıcı Elgiz Əkbər efirdə başlarına gələn üzücü hadisəni bölüşüb.
Yenisabah.az xəbər verir ki, jurnalist xəstə uşaqlardan biri üçün keçirdikləri aksiyada çətin vəziyyətlə üzləşib.
O, xəstə uşağın müalicəsini üzərinə götürən şəxsin sonradan dələduz olduğunu öyrəndiyini bildirib: Toyuqlu pizza
"Şəkidən zəng etdilər və aksiyanı saxlayın dedilər. Xəstə uşaq da ağır vəziyyətdə idi. Onun müalicəsini üzərinə götürən şəxs dələduz çıxdı, dediyi sözün üstündə durmadı. Nə qədər stress yaşadıq. Efirdən kiməsə pislik arzulamaq yaxşı hal deyil. Amma sən bir xəstə uşağın hissi ilə oynadın, zəng edib yalandan "pulunu ödəyəcəm" dedin. Heç vaxt yadımdan çıxmaz. Allah başına gətirsin, yaşayasan və görəsən ki, necə bir hissdir".
Telegram kanalımız