Əli Əhmədov yanğın baş verən yataqxanada

saytların hazırlanması

Evə çatdırılma

Əli Əhmədov yanğın baş verən yataqxanada

Sosial

06 Mart 2019 20:46 788


Baş nazirin müavini Əli Əhmədov və  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanğın baş verən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada olub.

Ə.Əhmədov və R.Rzayev sakinlərlə görüşüb, vəziyyətlə yerində tanış olublar.

Ə.Əhmədov bildirib ki, zərərçəkənlər müvəqqəti yaşayış evi ilə təmin olunacaq: "Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün yeni binalar tikilir. Burada məskunlaşan köçkünlər də gələcəkdə o binalaraq köçürüləcəklər”. Dördpendirli pizza

Qeyd edək ki, ötən gecə saat 23.30 radələrində Bakı şəhəri Nərimanov rayon ərazisində, M.Məmmədov küçəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada yanğın baş verib. Yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.

Yanğın zamanı həyatını itirmiş şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi Dövlət Komitəsi tərəfindən təşkil edilib.

Ona.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!