Elməddin “Bacanaqlar”dan bezib

saytların hazırlanması

Evə çatdırılma

Elməddin “Bacanaqlar”dan bezib

Şou

31 Mart 2019 23:41 2170


Aktyor Elməddin Cəfərov Türkiyənin "TV 8" kanalında yayımlanan "Eser Yenenler Show"da qonaq olub.

Veriliş zamanı Elməddin 10 ildir davam edən "Bacanaqlar" serialını bitirəcəyini bildirib:

"2002-ci ildən etibarən, 5 il stand-up etmişəm, 10 ildir isə prodüserlik edirəm. "Qız atası", "Qardaşlar", "Bacanaqlar" seriallarının prodüseriyəm. Həmçinin, 10 ildir "Bacanaqlar"da çəkilirəm. Artıq bezmişəm. İnşallah, bu mövsüm son il olar. O serialda gəncliyim gedib. Başqa işlər görmək istəyirəm". Pepperoni pizza

Cəfərov proqramın aparıcısı Eser Yenenlerlə Azərbaycan və türk sözlərini müqayisə ediblər.

Qeyd edək ki, "Çat kapı aşk" filminin tanıtımı çərçivəsində Türkiyəyə yollanan aktyorun yanında həyat yoldaşı və övladları da olub.

Axşam.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!