“Səhər açılandan bütün həkim dostlarım və həkim qohumlarım mənə yazır ki, həkimləri niyə təhqir etmisən?!”
Yenisabah.az xəbər verir ki, bu sözləri son günlər sosial şəbəkədə yazdığı fikirləri qalmaqala səbəb olan müğənni Elnarə Xəlilova deyib.
Xanım sənətçi gecə profilinin oğurlandığını, onun adından həm həkimlərə, həm də digər şəxslərə tənqidi fikirlər yazıldığını bildirib: pizza mizza
“Əvvəlcə heç nə anlamadım və məsələnin instagram səhifəmlə bağlı olduğunu öyrəndim. Təbii ki, səhifəmi işlədən şirkətlə əlaqə saxladım və bu neqativ halın necə baş verməsi ilə maraqlandım. Və məlum oldu ki, gecə ilə mənim instagram səhifəm “hack” olunub. Mən də bunun qərəzli şəkildə mənə qarşı yönəldilən bir qara PR olduğunu anlayandan sonra məcbur olub paylaşımı sildim və açıqlama yazdım”.
Xatırladaq ki,ötən gün izləyicilərindən birinin (tibb işçisi olduğu ehtimal edilir) müğənninin paylaşımına irad bildirməsi E.Xəlilovanın bütün həkimləri tənqid və ittiham etməsi ilə nəticələnib:
“Səviyyəsiz də varsan! Axmağın biri axmaq. Həkimin canı da çıxmalıdır, baxmalıdır xəstəyə” deyə müğənni reaksiya verib və digər təhqiramiz ifadələr işlədib.
Telegram kanalımız