İlahiyyatçı Elşad Miri Azərbaycanda yayımı qadağan olunan “İslamda yoxdur...” adlı kitabı ilə bağlı Ali Məhkəməyə müraciət edib.
Bu haqda “Yeni Sabah”a açıqlama verən E. Miri deyib ki, qadağanın götürülməsi üçün məhkəməyə 10 səhifədən ibarət kassasiya şikayəti yazıb: “Ümid edirəm ki, heç olmasa Ali Məhkəmə ölkədə senzuranın rəsmiləşməsinin qarşısını alar. Azərbaycanımızın adının "kitab qadağan edən ölkə" kimi beynəlxalq tribunada təqdim edilməsini istəmirəm. Əgər problem ölkə daxilində həll olunmasa, Avropa məhkəməsinə müraciət edəcəm”.
Telegram kanalımız