Elton ad günü keçirməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Elton ad günü keçirməkdən imtina etdi

Şou

07 Avqust 2020 17:35 1176


Müğənni Elton Hüseynəliyev anasını doğum günün münasibətilə təbrik edib. 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə anası ilə görüntülərini paylaşan ifaçı ağır günlərdə öz ad gününü də keçirmədiyini yazıb: 

"Ana, sənə qurban olum, mənə çörək, şan-şərəf verdin, söz öyrətdin... Azərbaycan analarının, xanımlarının qarşısında baş əyirəm. Dünən ad günüm idi. Ad günü keçirməyi sevmirəm, bu ağır günlərdə isə heç haqqım yox idi". Toyuqlu pizza

E.Hüseynəliyev hər şeyin yaxşılığa doğru getdiyini vurğulayıb:

"Şükür, sağ-salamatıq. Hər şey yaxşı olacaq, bunu bilirik. Bilməyənlər isə özü bilər. Allah bu vətən üçün canından keçən hər bir vətəndaşı qorusun. Hamımızın sıxıntısı, problemləri var. Bu da normaldır. Etiraf edək, illərdir dövlət bizə yaxşı baxıb. Xalqımız öz sənətçisinə qiymət verib. İndi bütün dünyada Covid-19 ucbatından heç də xoş olmayan günlər yaşayırıq. Hər şey yaxşılığa doğru gedir. Hamımıza gözəl günlər arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!