Əməkdar artist illər sonra arzusuna çatdı

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist illər sonra arzusuna çatdı

Şou

27 İyun 2024 15:30 667


Əməkdar artist Babək Niftəliyev "Xəzər axşamı" verilişində qonaq olub.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, 39 yaşlı sənətçi bu il Qurban bayramını öz doğma yurdunda, Kəlbəcərdə qeyd etdiyini bildirib:

"Artıq qarabağlı günlərimiz başlayıb. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şükür olsun ki, bayramlarımızı artıq ürəklə qeyd edirik. Arzumuz var idi ki, Qarabağımızda qurban kəsək. Atam, anam və qardaşımla necə oradan gəlmişdiksə, elə də qayıtdıq. Kəlbəcərdə öz həyətimizdə qurbanımızı kəsdik. Allah səsimizi eşitdi. Düzdür, yurd-yuvamız viran olub. Daşı daş üstündə də qoymayıblar ki, heç olmasa bünövrəsi qalsın". Marqarita pizza

Qeyd edək ki, Babək Niftəliyev Kəlbəcərdən çıxarkən 8 yaşı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!