Əməkdar artist: “Onun ölümü çox faciəvidir“

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist: “Onun ölümü çox faciəvidir“

Şou

07 İyun 2022 10:30 1356


Əməkdar artist Rəhman Rəhmanov 27 yaşlı oğlunun faciəvi ölümü barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan  "O üz" proqramında qonaq olan sənətçi oğlunun günlərlə xəstəxanada qaldığını deyib:

“İlham komada idi, onun ölümü çox faciəvidir. Təzə tikilən evimiz var idi, ikinci mərtəbəsində məhəccər qoyulmamışdı. Pilləkənlərdə başı gicəllənib 2,5 metr hündürlükdən birinci mərtəbəyə yıxılıb. Betondakı qəmbər daşı onun kəllə sümüyünü sındırıb. Həmin sümük də iti olur, o da şah damarını kəsib. pizza hut

Həkim əməliyyat otağına saldı, ona baxdı və dedi ki, səni sevindirə bilməyəcəyəm. Çünki balaca bir dəlikdir, heç bir alət girmir ki, biz o şah damarı tikək. Qanı da saxlaya bilmirik, beyini dolur.

O getdi, başqa həkim qaldı. Bizə ürək-dirək verirdi. Reanimasiyaya apardılar, sağalmasına ümid yox idi. 3 gün orada qaldı, oksigen cihazına qoşmuşdular. Səhərə yaxın 5-in yarısı mənə gələn zəng həyatımı tamamiylə dəyişdi".

Qeyd edək ki, aktyorun oğlu İlham 2004-cü ildə dünyasını dəyişib. 

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!