Əməkdar artist qızından imtina etdi, media orqanlarını hədələdi

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist qızından imtina etdi, media orqanlarını hədələdi

Şou

06 Dekabr 2024 00:52 1039


"Bu gün 'Bizimləsən' verilişində rəhmətlik bacımın vəziyyətinə əsasən övladlığa götürdüyüm bacım qızımdan rəsmi şəkildə imtina etdiyimi bəyan etdim".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında bildirib.

Aktrisa, bundan sonra özü və anası üçün yaşamaq istəyi ilə bu addımı atdığını qeyd edib və media orqanlarına ciddi xəbərdarlıq edib: Dördpendirli pizza

"Bu məsələ ilə bağlı hansısa media orqanı qarşı tərəfdən mənim ictimai nüfuzuma xələl gətirəcək müsahibə alarsa, birbaşa aidiyyəti orqanlara və məhkəməyə müraciət edəcəyəm.

Allah bundan sonra mənə nə qədər ömür veribsə, anam və özüm üçün yaşamaq istəyirəm. Şəxsi həyatımla bağlı verdiyim qərara hörmətlə və həssaslıqla yanaşmağınızı xahiş edirəm".

Qeyd edək ki, Mehriban Xanlarovanın uzun illər qızı kimi təqdim etdiyi, 3 yaşından övladlığa götürdüyü Aysel onun mərhum bacısı Sevda Xanlarovanın qızıdır./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!