Əməkdar artist telekanallardan danışdı - “İşləmək mümkün deyil”

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist telekanallardan danışdı - “İşləmək mümkün deyil”

Şou

20 Avqust 2020 11:19 970


Müğənni, aparıcı Əli Mirəliyev iş yoldaşı aparıcı Rövşanə Ağasəfqızının telekanaldan ayrılmasına təəssüfləndiyini bildirib. 

Yenisabah.az xəbər verir ki, o, Moderator.az-a açıqlamasında Rövşanə xanım kimi peşəkar aparıcının başqa kanalda işə götürüləcəyinə ümid etdiyini deyib:

“Rövşanənin işdən çıxmağına təəssüfləndim. Amma o, peşəkar aparıcıdır, başqa kanallarda onu işə götürəcəklər. Eşitdiyimə görə Kamran Həsənli də televiziyadan gedib. K.Həsənlinin televiziya ilə bağlı səsləndirdiyi fikirləri ilə razıyam, düz deyir, işləmək mümkün deyil. Məni hələ ki, işdən çıxarmayıblar, (Gülür) maraqlı adamam. Bu gün maraqlı insan hamısına lazımdır. Verilişin reytinqi aparıcıdan da asılıdır. Gərək elə bir veriliş aparasan ki, sənə baxsınlar. Bu bütün aparıcılara aiddir. Verilişində aparıcı özü sual verib, özü də cavabın verir. Belə olmur axı. Qoy suala qonaq cavab versin də. Burda çox şeylər var. Televiziyalarımızda qeyri-peşəkarlar çoxdur”. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!