Əməkdar artistin bacısı koronavirusa yoluxdu
02 İyl 2020 19:45
1513

Əməkdar artistin bacısı koronavirusa yoluxdu

"Koronavirus bizim ailədən də yan keçmədi. Bacım virusa yoluxub, indi ev şəraitində müalicə alır".

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar artist Gülüstan Əliyeva deyib.

Müğənni bacısına görə narahat olduğunu bildirib: "Bacımın vəziyyəti əvvəl ağır idi, indi səhhəti düzəlib. Evdə müalicələrini davam etdirir. Neçə vaxtdır ki, başımız ona qarışıb. Mən özüm də qorunuram. Tibbi maska taxıram, əlcək geyirəm. Spirt həmişə çantamda olur. Doğrudur, bacımın koronavirusa yoluxması əhvalımıza təsir edib. Amma son günlər sağalma müşahidə edilir, bu səbəbdən tezliklə əvvəlki vəziyyətə qayıdacağına ümid edirik".  /Azvision.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər