Milli futbolçumuz üçün erməni baş məşqçi - 2 illik müqavilə bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Milli futbolçumuz üçün erməni baş məşqçi - 2 illik müqavilə bağlanacaq

İdman

10 Dekabr 2019 16:53 1196


Millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın “Tobol” klubunda yeni baş məşçi postuna əsas namizədin kimliyinə aydınlıq gəlib.

“Yeni Sabah” xəbər verir ki, bu, 39 yaşlı erməni məşqçi Qriqori Babayan ola bilər.

Babayan 2013-cü ildən “Astana” klubunda çalışır. Son iki ili bizə yaxından tanış olan "Qəbələ"nin sabiq məşqçisi Roman Qriqorçukun köməkçisi qismində işinə davam edib. O, ötən il Qriqorçuk şəxsi səbəblərdən “Astana”dan ayrı qaldığı müddətdə əvəzedici baş məşçi kimi komandanı meydana çıxarıb. Bu ilin aprelində "Astana"dan ayrılıb.

Xatırladaq ki, Emil Balayevin “Tobol”la 2020-ci ilin sonuna qədər müqaviləsi var. 

Qeyd edək ki, Qazaxıstan klubunun bu həftə erməni məşqçi ilə 2 illik müqavilə bağlayacağı gözlənilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!