Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə bağlı sosial kampaniyaları davam etdirir. pizza hut
“Yeni Sabah” xəbər verir ki, xidmətləri birbaşa olaraq vətəndaşın yaşadığı kənd və qəsəbələrə aparan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 11-15 mart tarixlərində Güzdək qəsəbəsində keçiriləcək. Təşkil olunan kampaniyanın yaratdığı fürsətlərdən istifadə etmək istəyən qəsəbə sakinləri saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsindəki (Aşağı Güzdək İcra nümayəndəliyinin yanında) səyyar avtobusa yaxınlaşa bilər. Sakinlər yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, hüquqi yardım üçün də mobil ofislərə müraciət edə bilər. pizza hut
Telegram kanalımız