Ərdoğan Putinlə “Taxıl sazişi“ni müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə “Taxıl sazişi“ni müzakirə edəcək

Dünya

17 İyul 2023 15:13 700


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, Körfəz ölkələrinə səfəri zamanı bildirib. 

"Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm", - o deyib.  Dominos pizza

Ərdoğan səfərdən qayıtdıqdan sonra Putinlə danışıqlar aparacağını vurğulayıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə XİN rəhbərləri də bu məsələ ətrafında danışacaqlar. 

Xatırladaq ki, "Taxıl sazişi" Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan "Taxıl sazişi"nin müddəti bu gün bitib. 

 Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib ki, "Taxıl sazişi" ilə bağlı razılaşmalar faktiki olaraq dayandırılıb. O deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!