Ərdoğanla Putinin görüşünün dəqiq tarixi və gündəliyi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanla Putinin görüşünün dəqiq tarixi və gündəliyi açıqlandı

Dünya

15 Sentyabr 2022 14:35 1040


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək görüşün dəqiq tarixi və gündəliyi açıqlanıb.

Yenisabah.az “Haber Global”a istinadla xəbər verir ki, iki ölkə lideri sabah, sentyabrın 16-da bir araya gələcək.

Görüş Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq. Dördpendirli pizza

Dövlət başçıları Ukraynada taxıl ixracı ilə bağlı avqust ayında Soçidə əldə etdikləri razılıqların icra vəziyyətini müzakirə edəcəklər. Bundan başqa, R.T.Ərdoğan və V.Putinin Rusiyadan taxıl ixracı, Cənubi Qafqaz və Suriyadakı durum barədə fikir mübadiləsi aparacaqları gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!