Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ərdoğan söhbət zamanı Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyində baş verən hücum cəhdi ilə əlaqədar Trampa başsağlığı verib.
Ərdoğan ABŞ-də baş verən silahlı hücum cəhdini pisləyib. Türkiyə prezidenti qeyd edib ki, baş verən hadisəni demokratiya və söz azadlığına qarşı yönəlmiş mənfur əməl kimi qiymətləndirir. O, yaralanan təhlükəsizlik əməkdaşına da şəfa diləyib./Oxu.az
Telegram kanalımız