“Zahid, bu gün də səni çox gözlədim gəlmədin. Səni həmişə gözləyəcəm”.
"Yeni Sabah"ın məlumatına görə, bunu əməkdar artist Gülbahar Şükürlü bir müddət əvvəl dünyasını dəyişən həyat yoldaşının ünvanına yazıb. Birlikdə fotolarını paylaşan qarmon ifaçısı mərhum əri üçün çox darıxdığını qeyd edib:
“Artıq beynim donub, nə danışdığımı belə bilmirəm. Sənsiz çox darıxıram. Heç kim mənə təsəlli verə bilmir. İnstaqram mənim xatirə dəftərimə çevrilib. Heç sənin kimi insan yoxdur, bu dünyada. Kaş bir az pis xasiyyətlərin olardı, mən bu qədər yanmazdım. Nə qədər mən varam, sən də varsan”. pizza
Telegram kanalımız