“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır”   - ŞOK ETİRAF

saytların hazırlanması

Evə çatdırılma

“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır” - ŞOK ETİRAF

Siyasət

14 Yanvar 2021 20:40 9724


“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır”.

Yenisabah.az xəbər verir ki, “Telegram”ın Ermənistan seqmentində yayılan məlumatlara görə, bu sözləri erməni əsgərlərin valideynləri ilə görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyanın köməkçisi Nairi Sarqsyan deyib.

Sözügedən açıqlama Ermənistanda geniş müzakirə mövzusuna çevrilib.

Bu açıqlamanı həm də Ermənistan cəmiyyəti tərəfindən tarixi həqiqətlərin və ədalətin qəbul edilməsi istiqamətində ilk qığılcım kimi də qiymətləndirmək mümkündür. İstər cəbhədə, istərsə də siyasi arenada ağır məğlubiyyətə düçar olmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq həqiqəti etiraf etmək məcburiyyətində qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!