Ermənilər Faiq Ağayevdən yazdı
30 Sen 2020 17:38
6153

Ermənilər Faiq Ağayevdən yazdı

Xalq artisti Faiq Ağayev Ermənistan mətbuatının onu sabitliyi pozmaqda ittiham etdiyini bildirib. 

Yenisabah.az xəbər verir ki, o, AZTV telekanalında yayımlanan klipin müharibəyə çağırış kimi qiymətləndirildiyini yazıb:

“Rusiya və Ermənistan mətbuatı AZTV-də yayımlanan klipimi müharibəyə çağırış, regionda sabitliyi pozma təhriki kimi qiymətləndirir. Açıq bəyan edirəm, qoy eşitsinlər: Şanlı, şücaətli, qüdrətli Azərbaycan Ordusu müqəddəs bayrağımızı azad edilən torpaqlarımızda dalğalandıranda ürəyim dağa dönür! Fəxr edirəm, qürur duyuram, xoşbəxtəm! Qarabağ Azərbaycanındır!”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər