Ermənilərin əsgər ölümünü gizlətmək taktikası

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin əsgər ölümünü gizlətmək taktikası

Dünya

11 Fevral 2019 01:47 1071


Erməni əsgərin odlu silahla açılan atəş nəticəsində öldürülməsi xəbərinin gizlədilməsinə Ermənistanın Müdafiə Nazirliyi özünəməxsus reaksiya verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Facebook hesabında hərbçinin ölümünün gizlədilməsi ilə bağlı ittihamları cavablandırıb: 

“Yeni ilə axşamı müqaviləli hərbi qulluqçu Edqar Qriqoryanın ölümü ilə bağlı informasiya verilməyib, lakin gizlədilməyib də. İnsident gizlədilməyib, sadəcə biz birinci xəbər vermədik. Bunlar isə fərqli şeylərdir”.  pizza

Qeyd edək ki, daha əvvəl yerli saytlar əsgərin öldüyünü yazsalar da, Ermənistan Müdafiə Nazirliyi və İstintaq Komitəsi bununla bağlı məlumat dərc etməmişdi.

Nazir müavini Qabriel Balayan isə öz növbəsində bildirib ki, insidentin baş vermə şəraiti hələ bəlli deyil. Əsgərin ölümü ilə bağlı informasiya isə istintaqa mane olmamaq üçün verilməyib. 

Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!