Ermənistan silah kvotasını necə pozur? – Maraqlı rəqəmlər
20 Okt 2020 17:25
1775

Ermənistan silah kvotasını necə pozur? – Maraqlı rəqəmlər

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə məxsus 241 tankı məhv edib, 39 tank isə hərbi qənimət kimi götürülüb. 

Yenisabah.az xəbər verir ki, bu fakt aşkar şəkildə Ermənistanın Avropada Adi Silahların Məhdudlaşdırılması Müqaviləsini (AASMM) pozduğunu göstərir.

AASMM 19 noyabr 1990-cı il tarixdə SSRİ ilə Qərb arasında soyuq müharibənin bitməsilə əlaqədar 16 NATO, 6 Varşava Müqaviləsi Təşkilatının üzv ölkələri arasında imzalanıb. 9 noyabr 1992-ci il tarixdə qüvvəyə minən müqaviləyə sonradan başqa ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistan da qoşulub.

SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü.

Amma indi bəlli olur ki, İrəvan kvotaya riayət etmir. 241 tankı məhv edilən, 39 tankı isə qənimət götürülən Ermənistan hələ də döyüş meydanına tanklar çıxarır.

Maraqlıdır ki, müqaviləyə üzv ölkələr və müvafiq beynəlxalq qurumlar bu faktı gözardı edirlər.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə saat əvvəl xalqa müraciətində bu fakta da toxunub. Ermənistanın toplam olaraq 280 tankını bu və ya digər şəkildə itirdiyini deyən ölkə başçısı əlavə edib: “Amma hələ də tankları var. Həm işğal edilmiş torpaqlarda, həm də Ermənistan ərazisində. Haradandır bunlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələləri tənzimləyən beynəlxalq konvesiyalara ziddir. Bəs, bununla bağlı monitorinq aparmalı olan qurumlar niyə buna diqqət yetiribməyiblər. Bax, biz deyirik ki, 241 tank məhv edilib, 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə öz tankları ilə atəş açırlar”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər