Ermənistandan idxal olunan içkilərə Rusiyada qadağa qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan idxal olunan içkilərə Rusiyada qadağa qoyuldu

Dünya

04 Avqust 2026 16:47 46


Rusiyanın məhsulların rəqəmsal markalanması sistemi "Çestnıy Znak" “Rospotrebnadzor”un göstərişi əsasında Ermənistandan idxal edilən 70 min butulkadan çox içməli su və qazlı içkinin satışını bloklayıb.

"Yeni Sabah" xəbər verir ki, satışın dayandırılmasına səbəb kimi məhsulların Rusiya vətəndaşlarının həyat və sağlamlığı üçün potensial təhlükə yaratması göstərilib.

Qadağa qoyulan məhsullar arasında "Bjni" markalı müalicəvi süfrə mineral suyu, "Prosto Azbuka" təbii içməli suyu və "Moxito" alkoqolsuz qazlı içkisi var. pizza hut

Bu ilin aprelində Rusiyanın "Çestnıy Znak" rəqəmsal markalanma sistemi “Rospotrebnadzor”un tapşırığı ilə Ermənistandan idxal olunan "Cermuk" mineral suyunun satışını dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!