Əsgərliyə göndərilənlərlə bağlı şok faktlar üzə çıxdı -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Əsgərliyə göndərilənlərlə bağlı şok faktlar üzə çıxdı - RƏSMİ AÇIQLAMA

Kriminal

12 Oktyabr 2026 11:29 1058


Hərbi xidmətə çağırış sahəsində qanun pozuntuları, yanlış tibbi diaqnozlar və mümkün korrupsiya halları ilə bağlı araşdırmalar nəticəsində 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb, 5 iş üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib. Məhkəməyə göndərilən işlər üzrə 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə “Yeni Sabah”a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar ayından indiyədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən təqdim olunan rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs, eləcə də qanunazidd əməllərdə iştirakı ehtimal olunan 121 şəxs barəsində araşdırmalar aparılıb. Dördpendirli pizza

Hesabat dövründə hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə aşkar olunan faktlar üzrə cinayət işləri başlanaraq istintaqa göndərilib.

Ümumilikdə, SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Onlardan 5-i üzrə 8 nəfər barəsində istintaq tamamlanaraq işlər məhkəməyə göndərilib. Həmin şəxslərdən 7-si vəzifəli şəxs, 1-i isə vətəndaşdır.

Məhkəməyə göndərilən işlər üzrə 6 təqsirləndirilən şəxs barəsində həbs, vəzifədən kənarlaşdırma, 2 nəfər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri tətbiq olunub. Hazırda daha 3 cinayət işi üzrə ibtidai istintaq davam edir. Bu işlərdən biri üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

İstintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib. Ekspertizanın nəticələrinə əsasən, 1 nəfər hərbi xidmətə yararlı hesab olunub, 2 nəfərə isə xidmətdən möhlət hüququ verilib. Digər 6 nəfər üzrə ekspertiza davam etdirilir.

Araşdırmalar zamanı tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların hərbi xidmətə göndərilməsi, daha sonra isə vaxtından əvvəl tərxis olunması faktları müəyyən edilib.

Bundan başqa, SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalar zamanı qanun pozuntularına yol verilməsi halları da aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumlara ümumilikdə 32 təqdimat göndərilib. Onlardan 18-i SHXÇDX-yə, 6-sı Səhiyyə Nazirliyinə, 4-ü TƏBİB-ə, 3-ü Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə, 1-i isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ünvanlanıb.

Təqdimatların 14-ü SHXÇDX-nin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi ilə bağlı olub.

Görülən tədbirlər nəticəsində Xidmətin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib. Müvafiq kollektivlərdə müzakirələr aparılıb.

Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində tədbirlərin aidiyyəti dövlət qurumları ilə birgə davam etdiriləcəyini açıqlayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!