“Əsl qadın mənim kimi...“ -   Şəbnəmdən Ramilə cavab

saytların hazırlanması

Evə çatdırılma

“Əsl qadın mənim kimi...“ - Şəbnəmdən Ramilə cavab

Şou

13 May 2019 08:18 1272


Müğənni Şəbnəm Tovuzlu reper Ramil Nabranın ifaçının artıq çəkili olması ilə bağlı sözlərinə münasibət bildirib. 

"Yeni Sabah" xəbər verir ki, "5/5" verilişinin son yayımlanan buraxılışında qonaq olan reper Ramil Nabran Şəbnəm Tovuzlu ilə bağlı müzakirələrə səbəb olan açıqlama verib. Aparıcı Zaur Kamal sənətçiyə "Həkim olsaydın, bu məşhurların harasını kəsərdin" sualını ünvanlayıb. Şəbnəmin şəklini görən Ramil əvvəlcə onu tanımadığını deyib, sonra isə müğənninin ombasını göstərərək "Bir az bədəni, yan tərəfləri kəsilsəydi, arıqlasaydı, yaxşı olardı" deyə bildirib. 

Onun sözlərinə ifaçının da cavabı gecikməyib. Ş. Tovuzlu açıqlamasında bildirib ki, ideal çəkidə olduğunu düşünür: Dördpendirli pizza

"Məncə, əsl qadın mənim kimi bədən quruluşuna sahib olmalıdır. “Bütün qadınlar arıq olmalıdır" deyə qanun yoxdur. Kimə necə xoşdur, elə yaşayır. İdeal formada olduğumu düşünürəm. Kəsiləsi yerim yoxdur. Şou-biznesdə o qədər formaya salınası insan var ki... Gedib, onları kəssinlər". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!