“Evdə qalmış“da Rəşad Dağlıya ismarış - Video

saytların hazırlanması

Evə çatdırılma

“Evdə qalmış“da Rəşad Dağlıya ismarış - Video

Şou

16 Fevral 2023 13:50 1683


Ötən gün təqdim edilən “Evdə qalmış” filmində hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya göndərmə edilib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, filmdə aktrisa Nigar Əhmədova meyxanaları fərqli tərzdə oxumağı ilə yadda qalıb. O həm də sənətçinin sosial mediada trend olan “Şir həmişə şirdir” ifasını səsləndirib.

Nigar “Titanik” filminin məşhur soundtreki, Selin Dionun “My Heart Will Go On” mahnısını sözügedən meyxananın sözləri ilə oxuyub. Bu anlar zalda gülüş səsləri və alqışlarla qarşılanıb. Toyuqlu pizza

Romantik-komediya janrında olan “Evdə qalmış” filmi “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!