“Evdə xanımının sözünə qulaq asmayan ortada qalar” – Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Evdə xanımının sözünə qulaq asmayan ortada qalar” – Aqil Abbas

Sosial

21 Noyabr 2022 16:12 781


“Mən gender bərabərliyinin əleyhinəyəm. O sözdən də xoşum gəlmir. Gender nədir?! Evdə xanımının sözünə qulaq asmayan qalar ortada”.

Bu sözləri yazıçı, millət vəkili Aqil Abbas “Düzünə qalsa...” verilişində deyib.

“Qadın düşünür, fikirləşir. Nəyin səhv, nəyin düz olduğu ilə bağlı məsləhət verir! Birdən mən çılğınlıq edirəm, barəmdə sosial şəbəkələrdə xəbər yayılanda istəyirəm ki, cavab verim. Mənə deyir ki, sakit ol, fikir vermə. Onlar elə sənin vasitənlə məşhurlaşmaq istəyirlər. Qadınlar kişilərdən çox sevir. Çünki kişilər sevdikləri qadına da xəyanət edir, amma qadınlar əsla! Cavanlıqda çox sevmişəm, hamısı bekarçılıqdan olub. Amma kimi həqiqi sevdim, onunla da ailə qurdum. 43 ildir ömür-gün yoldaşımdır. Mübahisələrimiz olub, amma bu illərdə 1 dəfə də olsa, qəti bezməmişəm!” pizza

A. Abbas deyib ki, gənc vaxtı çox çılğın insan olub: “Hələ də eyniyəm. Əziyyət çəkirəm o xarakterimdən. Mən də insanam. Səhvlərim, günahlarım olub. Peşman da olmuşam. Universitetin 3-cü kursunda qovulmuşam, o mənə ömür boyu zərbə olub. Amma 1 il sonra bərpa olunmuşam. Heç kim yaşından doya bilməz, 200 il olsa da yaşayar. Onda çətin olur ki, kiməsə yük olursan. Nəvəyə də, arvada da. Gözünün qabağında övladın, nəvən ölür, sən yaşayırsan. Ona yaşamaq deyərlər?! Əlbəttə, elə yaşamaqdan qorxuram!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    XANIMININ SÖZÜNƏ BAXMAQ YOX, HƏR BİR MƏSƏLƏNİ MÜZAKİRƏ EDİB ORTAQ QƏRAR VERMƏK LAZIMDIR.
    3 years ago