Evdən 40 minlik qızıl oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Evdən 40 minlik qızıl oğurladı

Kriminal

09 Mart 2019 17:33 927


Paytaxtın Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan E.Şükürov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!