Eynicinsli nikahlarla bağlı gözlənilməz qərar

saytların hazırlanması

Evə çatdırılma

Eynicinsli nikahlarla bağlı gözlənilməz qərar

Dünya

21 Mart 2026 12:30 460


 

Avropa İttifaqı ölkələrində bağlanmış eynicinsli nikahların Polşa tərəfindən tanınması ilə bağlı hüquqi vəziyyətdə mühüm dəyişiklik baş verib.

''Yeni Sabah'' xəbər verir ki, Polşa Ali İnzibati Məhkəməsi müvafiq qərar qəbul edərək, digər Aİ üzv dövlətlərində qanuni şəkildə qeydiyyata alınmış eynicinsli nikahların ölkə daxilində tanınmasının mümkün olduğunu bildirib. Marqarita pizza

Xatırladılır ki, Avropa Məhkəməsi 2025-ci ilin noyabr ayında çıxardığı qərarda belə nikahların qeydiyyatından imtinanın Aİ qanunvericiliyinə zidd olduğunu vurğulayıb. Qərara əsasən, bu cür imtina şəxslərin sərbəst hərəkət və yaşayış hüquqlarını, eləcə də şəxsi və ailə həyatına hörmət prinsipini məhdudlaşdırır. Eyni zamanda qeyd olunub ki, Aİ-yə üzv ölkələrin birində qanuni əsaslarla əldə edilmiş ailə statusu digər üzv dövlətlərdə də tanınmalıdır.

Polşa Ali İnzibati Məhkəməsi qərarında bildirib ki, eynicinsli nikahların tanınması ölkənin hüquq sisteminin fundamental prinsiplərinə təhlükə yaratmır. Qərarda həmçinin qeyd edilib ki, mövcud milli qanunvericilik nikahı kişi və qadın arasında bağlanan ittifaq kimi müəyyən etsə də, bu cür nikahların tanınması milli kimliyə zidd hesab olunmur və dövlətin ailə siyasəti sahəsində müstəqil qərarvermə səlahiyyətlərini məhdudlaşdırmır.

Məlumat üçün qeyd olunur ki, təxminən 40 min Polşa vətəndaşının xarici ölkələrdə eynicinsli nikah bağladığı ehtimal edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!