"Bir ilə yaxın müddətdə məcburən yarıdustaq halda yaşayan ailələrdə qarşılıqlı aqressiya yaranır, münasibətlər gərginləşir, ayrılmalar çoxalır”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkə hesabında yazıb.
Müğənni karantinin insanların psixologiyasına təsir etdiyini bildirib: Marqarita pizza
"Pandemiya səbəbi ilə tətbiq olunan məhdudiyyətlər insanların psixoloji durumuna ciddi, bir çox hallarda isə geridönməz neqativ təsir göstərməkdədir. Yalqız insanları da lazımsızlıq, çarəsizlik hissləri, tükənmə sindromu bürüyür. Sözüm ondadır ki, bu çətin dönəmdə bir-birimizə əsassız dözümsüzlük, yersiz irad, səbəbsiz nifrət, qəzəb, şiddət sərgiləməyək, lütfən.
Qələbə, zəfər əldə edən bir xalq özünə, soydaşlarına qarşı daha qayğılı, həlim, həssas olmalıdır, əzizlərim".
Telegram kanalımız