Fazil Məmmədovun kadrına yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Fazil Məmmədovun kadrına yeni vəzifə verildi

Siyasət

11 Fevral 2019 20:08 2094


Vergilər Nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni  vəzifəyə təyinat alıb.  

H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.Xəbəri Əmanətlərin Sığortalanması  Fondundan təsdiqləyiblər. 

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir.  Marqarita pizza

Xatırladaq ki,  Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!