Fazil Məmmədovun Minskdə dəbdəbəli otel-kazinosu tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Fazil Məmmədovun Minskdə dəbdəbəli otel-kazinosu tapıldı

Siyasət

07 Fevral 2019 16:04 1059


“Minskdə belə bir hotel var, Buta Butik Hotel.Belarusiya Daxili İşlər Nazirliyinin yanındadır. Bütün belarusları heyrətə gətirib. Fantastik vəsait xərclənib”.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri müstəqil jurnalist Cavanşir Həsənli öz “facebook” səhifəsindən paylaşıb.

Jurnalist daha sonra yazır:  Dördpendirli pizza

“Nə qədər xərcləndiyini xərcləyənlər bilir. Kim xərcləyib?

Hotel sabiq vergilər naziri Fazil Məmmədova aid olub. Yeznəsinin şirkəti üzərindən inşa edilib. Amma vəzifədən çıxarılandan sonra əlindən alındığı deyilir. Hotelin cəmi 35 nömrəsi var. 20-si standart, üçü lüks suit, biri prezident nömrəsi.

Binanın foyesində 30 metrlik 9 ton (!) ağırlığında lüstr asılıb. Bir neçə min kristaldan və 560 led işıqdan ibarətdir, Türkiyədən gətirilib”.

Beləliklə, Azərbaycanda sahibkarlardan qeyri-qanuni yığılan milyonların, milyardlarrın daha bir ünvanı ortaya çıxdı. Qeyd edək ki, bundan əvvəl mətbuatda Fazil Məmmədovun Ukraynada və Litvada böyük biznesinin olduğuna dair məlumatlar yayılmışdı.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!