Fərdi Tayfurun səhhəti pisləşdi   – Böyrək köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Fərdi Tayfurun səhhəti pisləşdi – Böyrək köçürüləcək

Şou

17 Aprel 2020 16:25 831


Türkiyənin məşhur müğənnisi Fərdi Tayfura böyrək nəqli məsləhət görülüb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2018-ci ildə böyrək çatışmazlığı diaqnozu qoyulan ifaçının vəziyyəti ciddiləşib. İllərdir həftədə bir dəfə dializ aparatı vasitəsilə müalicə olunan F.Tayfura həkimlər yeni böyrək köçürülməsini məsləhət görüblər. 

Sənətçi qatıldığı radio verilişində hələ ki, əməliyyata qərar vermədiyini açıqlayıb: “Təzyiqim düşdü, dərhal xəstəxanaya apardılar. Xəstəliyim ciddiləşib. Həkimlər böyrək nəqlini məsləhət gördü. Dializə bağlı yaşayıram, hələ ki, əməliyyatı düşünməmişəm”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!