2019-cu il 12 mart tarixində saat 11.00-dan etibarən Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində ( https://www.facebook.com/officialfhn ) “Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına riayət olunması” mövzusunda birbaşa sual-cavab təşkil olunacaq.
"Yeni Sabah" xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin Əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsinin baş zabiti Gülçin Mehdiyevanın moderatorluq edəcəyi “Facebook” üzərində canlı yayımda suallar Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev tərəfindən cavablandırılacaq.
Diskussiyada iştirak etmək istəyən şəxslər qeyd edilən vaxtda Fövqəladə Hallar Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə daxil ola və mövzuya dair müvafiq suallarını verə bilərlər. pizza mizza
Telegram kanalımız