Fikrət Məmmədov Belarusda səfərdə olub

saytların hazırlanması

Evə çatdırılma

Fikrət Məmmədov Belarusda səfərdə olub

Sosial

12 Fevral 2019 00:29 892


Ədliyyə naziri Fikrət Məmmədov belaruslu həmkarının dəvətinə əsasən Belarus Ədliyyə Nazirliyinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransda iştirak etmək üçün Minsk şəhərində səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, Rusiya, Tacikistan və Özbəkistanın ədliyyə orqanları rəhbərlərinin də iştirak etdiyi "Hüquqi dövlətin formalaşdırılmasında ədliyyə orqanlarının rolu" mövzusunda konfrans keçirilib.

Tədbirdə F.Məmmədov çıxış edərək yubiley münasibətilə təbriklərini ifadə edib, Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan və Belarus prezidentlərinin müstəsna rolunu vurğulayıb, ədliyyə orqanlarının da uğurla əməkdaşlıq etdiyini bildirib.  Dördpendirli pizza

Həmçinin, ədliyyə və məhkəmə sahəsində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və innovasiyalar, o cümlədən elektron sistemlərin və xidmətlərin tətbiqini qeyd edib. Çıxışda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın Ermənistan tərəfindən 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı iştirakçıların xüsusilə diqqətinə çatdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!