“Film çəkiblər, əcəb ediblər” - Elçin Şıxlı əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Film çəkiblər, əcəb ediblər” - Elçin Şıxlı əsəbiləşdi

Sosial

19 İyun 2021 17:40 1660


Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsininin dünyaya çatdırılmasında mühüm rol oynayan “CNN-Türk” kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək. Filmdə Fulyanın çəkdiyi və heç yerdə yayımlanmayan video materiallardan istifadə ediləcək. Bu xəbər Azərbaycanda həm jurnalistlər, həm də sadə insanlar tərəfindən geniş müzakirələrə səbəb olub. Bir çoxları Fulya Öztürk haqqında film çəkilməsini doğru saymasalar da, türkiyəli müxbirin buna layiq olduğunu düşünənlər və onun müdafiəsinə qalxanlar da az deyil.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı tanınmış jurnalist və media eksperti Elçin Şıxlı bildirib ki, filmi çəkiblər və mövzu bitib, bunu yenidən şərh etməyin mənası yoxdur: “Bunu niyə müzakirə edirlər? Fulya Öztürk müharibə vaxtı gəlib Azərbaycanda  işləyib və onun haqqında da film çəkiblər. Lap yaxşı ediblər, sonra?. Kiminsə haqqında film çəkmək istəyirlərsə, layiq bilirlərsə, o zaman danışan şəxslər özləri bunu etsinlər. Boş-boş danışmağın heç bir mənası yoxdur.

Haqqında film çəkiləsi başqa adamlar var. Amma onlar haqqında film çəkməyiblərsə və kimsə bundan narazıdırsa, o zaman əllərini ciblərinə salıb özləri bunu etsinlər. Amma bunu edən yoxdur, ona görə də, boş-boş danışmasınlar. Boş danışanlar ssenari yazsınlar və sonra da sponsor tapıb istədikləri adam haqqında film çəksinlər. Amma bunu etmirlər axı… Ona görə də sosial şəbəkədə oturub boş-boş nəsə yazmaqdan zəhləm gedir”./Konkret.az pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!