Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi
10 Dek 2019 11:18
20529

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi - General vəzifədən azad edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən  təyinatı təsdiqləyiblər.

FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər