Çinli diplomat Vanq İ Fransa prezidenti Emmanuel Makronun xarici siyasət müşaviri Emmanuel Bonn ilə telefon danışığı aparıb.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, tərəflər Ukraynadakı vəziyyətin "siyasi nizamlanma prosesinin başlanması üçün şərait yaratmağa" razılaşıblar.
Çin Xarici İşlər Nazirliyi telefon danışığını təsdiqləyib, Fransa Xarici İşlər Nazirliyi isə internet saytında zənglə bağlı mesaj dərc etməyib. pizza mizza
Bundan əvvəl Makron Bonna gələcək danışıqlar üçün əsas kimi istifadə oluna biləcək struktur yaratmaq üçün Vanq İilə işləməyi tapşırmışdı.
Fransa prezidentinin təklifinin Ukrayna və müttəfiqlərinin dəstəyini alıb-almadığı aydın deyil.
Çinin Fransadakı səfiri Lu Şaye bəzi keçmiş sovet respublikalarının suverenliyini rədd etdikdən sonra Fransanın Ukraynanın sülh yolu ilə həlli üçün Çinlə işləmək cəhdləri tənqid edilib.
Telegram kanalımız