Fransada iğtişaşlar davam edir: Polis gözyaşardıcı qazdan istifadə edib

saytların hazırlanması

Evə çatdırılma

Fransada iğtişaşlar davam edir: Polis gözyaşardıcı qazdan istifadə edib

Dünya

29 İyun 2023 21:39 822


Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən "Ağ yürüş"ün iştirakçıları bəzi inzibati binaların şüşələrini sındırıblar. 

“Yeni Sabah” Bizim.media-ya istinadən bildirir ki, nümayişçilər yürüşün keçirildiyi yol boyunca yerləşən kafe və mağazaların sahibləri tələsik pəncərələrini bağlayıblar, bir neçə avtomobili aşıraraq yandırıblar. 

Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.  Toyuqlu pizza

Qeyd edək ki, Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Fransa prezidenti Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün nazirlərlərarası komitənin təcili iclasını keçirib. Həmin gün Nazirlər Kabinetinin bütün üzvlərinə növbəti xəbərdarlığa qədər prioritet olmayan səyahətləri ləğv etmək əmri verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!