11 fevral tarixində DİN-dən Agentliyə Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
“Yeni Sabah” xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN- nin Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə otlaq sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7VL raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. pizza mizza
Raketin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Telegram kanalımız