26 May - 00:37
“Gələn ildən məkanımız Şamaxıdır“ - “Keşlə“nin mətbuat katibi

“Gələn ildən məkanımız Şamaxıdır“ - “Keşlə“nin mətbuat katibi

İdman

27 Yan 2022 15:50


“Müəyyən hüquqi prosedurlar həyata keçirildikdən sonra komanda “Şamaxı” adı altında Şamaxıda ev oyunlarını keçirəcək”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Keşlə” klubunun mətbuat katibi Səbuhi Məmmədov bildirib.

O, “ASK Arena”nın sökülməsi ilə bağlı heç bir məlumatları olmadığını da bildirib:

“Stadionun sökülməsi ilə bağlı məlumatımız yoxdur. Lakin komandanın növbəti mövsümdən Şamaxıda iştirak etməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosasiyası (AFFA) məlumat yaymışdı. Müəyyən hüquqi prosedurlar həyata keçirildikdən sonra komanda “Şamaxı” adı altında Şamaxıda ev oyunlarını keçirəcək”.

Səbuhi Məmmədov “Keşlə”nin “Qarabağ”la keçirəcəyi oyun və transfer məsələlərinə də toxunub:

““Keşlə” Bakıda 3 yoldaşlıq oyunu keçirib. Bu gündən “Qarabağ”la keçiriləcək oyunun hazırlıqlarına başlayıblar. Klubun atmosferi yaxşıdır.

Hələ ki kluba bir nəfər transfer edilib. Transfer pəncərəsi fevralın 7-si bağlanır. Yeni transferlər üçün axtarışlar aparırıq. İstəyirik ki, ümidləri doğrulda biləcək futbolçular tapaq”.

Qeyd edək ki, “Keşlə" klubu qış transfer dönəmində argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalayıb.

Mehri QURBAN


Youtube kanalımız


Digər xəbərlər